Polşa Ordusunun TƏİR imkanları gücləndirilir

Polşa Ordusunun TƏİR imkanları gücləndirilir

Polşa Ordusu üçün “Spike-LR” tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksləri alınır.

Bu barədə “Poliqon” Polşa Silahlanma Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, “Spike-LR” TƏİR komplekslərinin satın alınması üçün “Polska Grupa Zbrojeniowa” (PGZ) konserninin təkibinə daxil olan “Mesko” şirkəti ilə 400 milyon PLN dəyərində (98.1 ABŞ dolları) müqavilə imzalanıb.

Müqaviləyə əsasən, TƏİR komplekslərinin Polşa Ordusuna tədarükü 2023-2026-cı illər ərzində həyata keçiriləcək.

Qeyd edək ki, İsrailin “Rafael Advanced Defense Systems” (“Rafael”) şirkətinin hazırladığı məhsul olan “Spike” TƏİR kompleksi “Mesko” tərəfindən Polşada lisenziya əsasında istehsal ediləcək.

Poliqon.az

CATEGORIES
TAGS