Polşa şirkəti W2MPIR sürü PUA sistemi hazırlayıb

Polşa şirkəti W2MPIR sürü PUA sistemi hazırlayıb

Polşanın “WB Group” şirkəti W2MPIR sürü pilotsuz uçuş aparatı (PUA) sistemi hazırlayıb.

“Poliqon” xəbər verir ki, “WB Group” şirkəti müxtəlif təyinatlı PUA-ların sürü halında idarə edilməsi üçün hazırladığı W2MPIR sistemini ilk dəfə MSPO-2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, sürü PUA sistemi əsasən hava hücumundan müdafiə (HHM) sistemlərinin məhv edilməsi üçün nəzərdə tutulub.

Sürü PUA sisteminə şirkətin “FlyEye” və FT-5 taktiki kəşfiyyat PUA-ları, həmçinin “Warmate 1” və “Warmate 2” kamikadze PUA-ları daxildir.

Yeni W2MPIR sistemi sayəsində süni intellektə malik PUA-lar “Topaz” inteqrasiya edilmiş döyüş idarəetmə sistemi (ICMS) tərəfindən sürü halında bir mərkəzdən idarə olunacaq.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS