Polşa Ukraynaya T-72 tankları və PDM-lər verəcək

Polşa Ukraynaya T-72 tankları və PDM-lər verəcək

Polşa Ukrayna Ordusuna daha çox T-72 tankı və piyadanın döyüş maşınları (PDM) verəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Polşanın milli müdafiə naziri Mariuş Blasçak “Ramşteyn” görüşündə bildirib ki, Polşa yeni paket çərçivəsində cari ilin mart ayının sonunadək Ukrayna briqadasının silahlanmasını və şəxsi heyətin hazırlığını həyata keçirəcək.

Açıq mənbələrin məlumatına əsasən qeyd etmək olar ki, Polşa Ordusu Ukraynaya veriləcək BMP-1 piyada döyüş maşınları ilə silahlanıb.

Vurğulamaq yerinə düşər ki, “Tallin bəyannaməsi”ndə Polşa tərəfindən bu yardım paketinin bir hissəsi ola biləcək 42 ədəd BMP-1 döyüş texnikasının təhvil verilməsi və iki mexanikləşdirilmiş taborun hazırlanması haqqında məlumatlar yer alırdı.

Yenə də açıq mənbələrə istinadla söyləmək olar ki, Polşa Ordusunun T-72M/M1/M1R versiyalarında sovet tipli tankları da var. Polşada həmçinin T-72M1-in lisenziyalı versiyasına əsaslanan PT-91 “Twardy” tankları silahlanmadadır.

Mətbuat xidmətinin məlumatında bildirilir ki, Polşanın Ukraynaya növbəti dəstəyindən danışan nazir bunun Polşa Ordusunun ardıcıl modernləşdirilməsi sayəsində mümkün olduğunu qeyd edib.

“Ukraynaya dəstək ona görə mümkündür ki, biz Polşa Ordusu üçün ekvivalenti təmin edə bilərik. Artıq Koreyanın K-2 tankları və K-9 haubitsaları var. Həmçinin HIMARS və Abrams tankları da olacaq”, – deyə Mariuş Blaşçak bildirib.

Polşa daha geniş koalisiyanın tərkibində Leopard tanklarını Ukraynaya vermək üçün istifadəçi 14 ölkənin nümayəndələri ilə də danışıqlar aparıb.

“Biz Ukraynanı bu ağır tanklarla təchiz etməkdən danışdıq. Bu vacibdir, çünki belə tanklar bu gün Ramsteində toplaşan 14 ölkəyə malikdir. Biz bu tanklara sahib olan və Ukraynanı bu tanklarla təchiz edə biləcək ölkələrin koalisiyasını yaratmaq istəyirik. Bu məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib. Növbəti görüşlərimiz planlaşdırılır”, – deyərək Polşa milli müdafiə naziri bildirib.

Polşanın baş naziri Mateuş Moravetski isə daha əvvəl müttəfiqlərin Ukraynaya birlikdə 100-ə qədər “Leopard” tankı verə biləcəyini ehtimal edib. O, bu barədə Davosda keçirilən iqtisadi forumun kuluarlarında Bloomberg-ə müsahibəsində bildirib: “Biz 14 “Leopard” tankımızı planlaşdırdıq və indi Danimarka, Finlandiya, Almaniyadan Leopard və digər Aİ ölkələrindən tankları gözləyirik”.

“Ukrayna Almaniya istehsalı olan “Leopard 2” tanklarından ibarət tank briqadası yığmağı planlaşdırır”, – bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba jurnalist Vadim Karpyaka müsahibəsində deyib. Onun sözlərinə görə, beş ölkə bu tankları Ukrayna Silahlı Qüvvələrinə verməyə hazırdır.

326999384 549715443872861 2355593179532288288 n

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS