
Polşa Ukraynaya zirehli texnika tədarükünə başlayıb
Polşa Ukraynaya sovet istehsalı zirehli texnikaların çatdırılmasına başlayıb. Söhbət T-72M tanklarından və BWP-1 piyada döyüş maşınlarından gedir.
“Poliqon”un məlumatına görə, Polşa saxlanmadan çıxarılan T-72M tanklarının ilk partiyasını artıq Ukraynaya çatdırıb.
Partiyada neçə tankın olduğu bilinmir, lakin ümumilikdə Polşa Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrini 100 ədəddən 500 ədədə qədər T-72M əsas döyüş tankı ilə təmin etmək niyyətindədir.
Tanklarla birlikdə Polşa Ukraynaya BWP-1 (BMP-1 döyüş maşının lisenziyalı Polşa versiyası) piyada döyüş maşınlarını da tədarük edəcək. Bu döyüş maşınlarının da sayı məlum deyil.
Əhəd Əzizov
CATEGORIES Xəbərlər