Polşanın Mi-24 helikopterləri İsrail sistemləri ilə təkmilləşdiriləcək

Polşanın Mi-24 helikopterləri İsrail sistemləri ilə təkmilləşdiriləcək

İsrailin “Rafael” və Polşanın PCO şirkətləri arasında “Toplite” elektro-optik hədəfləmə sistemlərinin birgə istehsalına dair müqavilə imzalanıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, elektro-optik  hədəfləmə sistemi Polşa Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alan müasirləşdirilən Mi-24 helikopterlərinə inteqrasiya olunacaq.

Məlumatda o da qeyd olunub ki, bundan əvvəl “Rafael” şirkətinin istehsalı olan “Toplite” elektro-optik hədəfləmə sistemi Polşanın müasirləşdirilən W-3PL “Głuszec” helikopterlərinə quraşdırılıb. Habelə W-3PL “Głuszec” helikopteri “Rafael” şirkətinin lisenziyası ilə Polşada “Mesko” şirkətində istehsal olunan “Spike-LR” tank əleyhinə idarə olunan raketlərlə silahlandırılıb.

“Rafael” Mi-24 helikopterinə də “Spike-ER” və “Spike-LR” raketlərinin quraşdırılmasını təklif edib.

 

 

CATEGORIES
TAGS