Portuqaliya Ukraynaya M-113 zirehli transportyorları göndərib

Portuqaliya Ukraynaya M-113 zirehli transportyorları göndərib

Portuqaliya Ukrayna silahlı qüvvələrinə 14 ədəd M-113 zirehli transportyoru göndərib.

“Poliqon” xəbər verir ki, M-113-lər ABŞ hökuməti ilə bağlanmış müqavilə əsasında Polşa ilə daşınır. Daşınma və digər maliyyə xərcləri ABŞ və Böyük Britaniya tərəfindən ayrılıb.

Mənbələrdə bildirilib ki, bundan başqa Ukrayna Portuqaliya hökumətindən “Leopard-2” əsas döyüş tankları, gəmi əleyhinə “Harpun” raketləri, əlavə haubitsa və “Browning” ağır pulemyotları istəsə də bu müraciət cavabsız qalıb.

Bəzi ekspertlər M-113 zirehli transportyorlarını Rusiya Silahlı Qüvvələrinə qarşı istifadədə yararsız hesab edir.

Qeyd edək ki, Portuqaliya bundan əvvəl Ukraynaya müxtəlif çaplı sursatlar, qumbaralar, zirehlər, dəbilqələr, gecəgörmə eynəkləri, rabitə vasitələri, G3 avtomat tüfəngləri, habelə İtaliyanın “İveco” şirkətinin istehsalı olan 4 ədəd M 40.12 WM/P zirehli maşını çatdırıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş