PPK-20 tapança-pulemyotu Rusiya DİN-in silahlanmasına qəbul edilib

PPK-20 tapança-pulemyotu Rusiya DİN-in silahlanmasına qəbul edilib

“Kalaşnikov” konserni tərəfindən seriyalı istehsal olunan 9 mm-lik PPK-20 tapança-pulemyotu Rusiya Daxili İşlər Nazirliyinin (DİN) silahlanmasına qəbul edilib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, PPK-20 Rusiyanın müxtəlif güc strukturları və ixrac məqsədilə istehsal olunur.

Konsernin bildirdiyinə görə, ötən il məhsulun istehsal həcmi sabit yüksək səviyyədə qalıb, dövlət müqavilələri vaxtında icra edilib. Silahın effektivliyini həm daxili bazarda, həm də xaricdə artan tələbat göstərir.

Xüsusilə xüsusi hərbi əməliyyat zonasında əldə olunan döyüş təcrübəsi əsasında konsern PPK-20-ni operativ şəkildə təkmilləşdirib. Mütəxəssislər silahın bəzi taktiki-texniki və erqonomik xüsusiyyətlərini yaxşılaşdırıblar. Dəyişikliklər istifadə olunan sursat xəttinə də təsir edib.

PPK-20 üçün əsas döyüş sursatı yüksək impulslu, zirehdələn 7N21 patronudur. Bununla yanaşı, silah Rusiya və xarici istehsal olan 9×19 mm-lik patronların əksəriyyətindən istifadə edə bilir.

CATEGORIES