Prezident: Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da güclənib
44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrində yeni islahatlar aparılıb.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman söyləyib.
Dövlət başçısı qəbul zamanı Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da gücləndiyini qeyd edib və bütün bunların ötən ilin sentyabrında keçirilmiş antiterror tədbirlərində bir daha özünü bariz şəkildə göstərdiyini bildirib.
CATEGORIES Xəbərlər
TAGS Manşet