Prezident: Ermənistan-Azərbaycan arasındakı münaqişə həll olub
Bütün bu forumlarda mən Ermənistan-Azərbaycan arasındakı münaqişə məsələsini qaldırıram və bu gün bildirmək istəyirəm ki, münaqişə həll olunub.
“Poliqon” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan özü münaqişəni həll edib: “Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirdi. Təəssüflər olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməsəydi həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalardı”.
Prezident onu da qeyd edib ki, nəinki BMT-nin Təhlükəsizlik Şurası, o cümlədən digər beynəlxalq təsisatlar da oxşar qərar və qətnamələri Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul ediblər.