
Prezident: İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik
İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik.
“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında söyləyib.
Prezident İlham Əliyev İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyənin Azərbaycanın yanında olmasını bildirib.
“Əziz Qardaşım, sayın Cumhurbaşkanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük dəstək, siyasi və mənəvi dəstək verdi, bizə əlavə güc verdi. Bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə, əziz Qardaşım, öz təşəkkürünü bildirir. Siz bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq bərpa dövründə yenə də bizimlə bərabərsiniz”, – deyə Azərbaycan Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətində deyib.