Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi Azərbaycan və Türkiyənin ortaq şanlı tarixidir

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi Azərbaycan və Türkiyənin ortaq şanlı tarixidir

İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində Azərbaycan bayrağı ucalana qədər Türkiyə Azərbaycanın arxasında dayaq idi.

Dövlət başçısı Azərbaycan xalqının heç vaxt bu qardaşlığı unutmayacağını deyib.

“Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Poliqon.az

CATEGORIES
TAGS