Prezident İlham Əliyev: Müharibədən keçən iki il ərzində daha da böyük hərbi potensiala malik olduq

Prezident İlham Əliyev: Müharibədən keçən iki il ərzində daha da böyük hərbi potensiala malik olduq

Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir.

“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirib.

“Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərib, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq”, – deyə dövlət başçısı vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS