
Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.
“AzeriDefence” xəbər verir ki, bu haqda prezidentin rəsmi saytı məlumat yayıb.
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib. NATO-nun baş katibi Yens Stoltenberq dövlət başçısı İlham Əliyevi qarşılayıb. Rəsmi foto çəkdirildikdən sonra Prezident İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü olub.
Görüşdən sonra İlham Əliyev və NATO-nun baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.




