Prezident İlham Əliyev Şuşada Hulusi Akarı qəbul edib – FOTO

Prezident İlham Əliyev Şuşada Hulusi Akarı qəbul edib – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Poliqon” Prezidentin saytına istinadən məlumat verib.

Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyənin Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyuz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.

Nazir Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və bayram təbriklərini Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına və bayram təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Hulusi Akar Zəfər Günü münasibətilə, eyni zamanda, öz adından İlham Əliyevi təbrik edib.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Hulusi Akarın bu bayram günündə Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri ilə bərabər Şuşaya gəlişinin xüsusi önəm daşıdığını vurğulayaraq minnətdarlığını bildirib. Bu yaxınlarda Prezident Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilan rayonlarına səfərini məmnunluqla xatırlayaraq bunun iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin rəmzi olduğunu qeyd edib.

Dövlət başçısı Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi bir daha yüksək qiymətləndirərək müharibədən sonrakı dövrdə əlaqələrin daha da yüksək səviyyədə qaldırıldığını vurğulayıb.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

hulusi2

Poliqon.az

CATEGORIES
TAGS