Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrini qəbul edib

Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

“Poliqon” xəbər verir ki, söhbət zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olunub.

Hulusi Akar Azərbaycan dövlətinin başçısına xatirə hədiyyəsi təqdim edib.

CATEGORIES
TAGS