Prezident Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil hədiyyə edib

Prezident Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil hədiyyə edib

22 iyul – Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin – AzərTac-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzil hədiyyə edib.

“Poliqon”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, nazir Sahil Babayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim edib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki şəhid jurnalist 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib. Dövlət başçısının digər tapşırığına əsasən, şəhidlərin yaşadıqları əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış komplekslərindən mənzillərin sənədləri təqdim edilir. Eyni zamanda, M.İbrahimov və S.Abışova şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin olunub.

Xatırladaq ki, iyunun 4-də işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsinin  Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində M.İbrahimov və S.Abışov şəhid olublar.

səhid 5 səhid1 səhid2 səhid3 səhid4

CATEGORIES
TAGS