“PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində görüş keçirilib

“PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində görüş keçirilib

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün  ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyəti “PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, görüşdə gürcüstanlı qonaqlara Azərbaycan Ordusunda PUA-ların fəaliyyəti, döyüş əməliyyatlarında tətbiqi, döyüş uçuşunun təşkili və PUA-ların inkişaf tendensiyası mövzularında brifinq təqdim olunub.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

CATEGORIES