“Pulat” sistemləri ilə təchiz olunan M-60T tankları silahlanmaya verilib

“Pulat” sistemləri ilə təchiz olunan M-60T tankları silahlanmaya verilib

Türkiyə “Pulat” aktiv qoruma sisteminin seriyalı istehsalını və Ordunun silahlanmasında yer alan M-60T tanklarına inteqrasiya prosesini davam etdirir.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşıb.

İsmail Dəmir bildirib ki, “Fırat M-60T modernizasiya layihəsi” çərçivəsində “Pulat” aktiv qoruma sistemi quraşdırılan M-60T tankları Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

“Pulat” aktiv qoruma sistemi Türkiyənin ASELSAN şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə hazırlanıb.

Tankların müdafiəsi üçün nəzərdə tutulan “Pulat” sahib olduğu radar vasitəsi ilə platformaya yönəlmiş təhdidləri aşkarlayır və müəyyən məsafədə zərərsizləşdirir.

Bu aktiv qoruma sistemi həm yaxın məsafədən atılan tank əleyhinə raketləri, həm də uzaq məsafədən atılan idarə olunan raketlərə qarşı 360° bucaq altında qorumanı təmin edir. Sistem istənilən hava və iqlim şəratində istifadə olunur.

Poliqon.az

CATEGORIES
TAGS