“Qafqaz Qartalı-2024” təlimində birgə fəaliyyətlər icra olunub – VIDEO

“Qafqaz Qartalı-2024” təlimində birgə fəaliyyətlər icra olunub – VIDEO

Azərbaycanda keçirilən “Qafqaz Qartalı-2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.

“Qafqaz Qartalı-2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur.

CATEGORIES
TAGS