“Qafqaz Qartalı-2024” təlimində gecə vaxtı tapşırıqlar icra edilib – VİDEO

“Qafqaz Qartalı-2024” təlimində gecə vaxtı tapşırıqlar icra edilib – VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” təlimi davam edir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, təlimin planına uyğun olaraq, hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

“Qafqaz Qartalı – 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.

CATEGORIES
TAGS