Qarabağda daha təhlükəli ərazilərin minalardan təmizlənməsində MEMATT-lardan geniş istifadə olunur

Qarabağda daha təhlükəli ərazilərin minalardan təmizlənməsində MEMATT-lardan geniş istifadə olunur

MEMATT mexaniki minatəmizləmə maşınları minatəmizləmə-istehkam bölmələrinin təhlükəsizliyi baxımından və ərazilərin minalardan daha tez təmizlənməsində üstün imkanlara malikdir.

“Poliqon” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov POLİQON jurnalına müsahibəsində söyləyib.

“Əlbəttə ki, bu maşınların məsafədən idarə olunması dedikdə, biz bir neçə kilometr məsafədən idarə etmək imkanı olan texnikadan danışırıq. Daha təhlükəli ərazilərdə, həm həmin ərazilərin ilkin olaraq kəşfiyyatının aparılması üçün, həm də lazım olanda tam təmizlənməsi üçün həmin texnikalardan geniş şəkildə istifadə olunur. Bu isə insan faktorunu aradan qaldıraraq təhlükəsizlik məsələlərində böyük töhfə verməkdədir”, – deyə general-mayor Anar Kərimov vurğulayıb.

CATEGORIES
TAGS