Qazaxıstan “Barys” 8×8 zirehli maşınını ilk dəfə ADEX-2022-də sərgiləyəcək

Qazaxıstan “Barys” 8×8 zirehli maşınını ilk dəfə ADEX-2022-də sərgiləyəcək

Qazaxıstanın “Kazakistan Paramount Engineering” (KPE) şirkəti Bakıda keçiriləcək ADEX-2022 sərgisində özünün yeni və müasir texnikalarını nümayiş etdirəcək.

“Poliqon” xəbər verir ki, bunu KPE şirkətinin Baş direktoru Yerbol Səlimov POLİQON jurnalına müsahibəsində bildirib.

Şirkətin qurulmasından- 2015-ci ildən indiyə qədər “Kazakistan Paramount Engineering”in Qazaxıstan Silahlı Qüvvələri üçün istehsal və dizyan etdiyi nəqliyyat vasitələrindən danışan Yerbol Səlimov ADEX-2022 sərgisində Qazaxıstan Ordusu tərəfindən sınaqları tamamlanan “Barys” 8×8, yeni “Alan-2”, həmçinin hazırladıqları digər zirehli döyüş maşınlarını nümayiş etdirəcəklərini vurğulayıb.

“KPE-nin məhsuldarlıq gücü ildə 300 avtomobil təşkil edir və zəruri hallarda onu qısa müddətdə həm tez, həm də əhəmiyyətli dərəcədə artırmaq potensialımz var. Məhsullarımızın keyfiyyətinə və etibarlılığına zəmanət verməklə birgə istehsalda yerlilik payımızda 70%-ə çatır. Müasir biznes prosesləri sistemi, öz dizayn ofisimiz və çevik qiymət siyasəti bizə hərbi texnika və silahlar bazarında istehsalçılar arasında üstünlüklər verir.

KPE təkcə regiondakı qonşuları ilə deyil, həm də qarşılıqlı faydalı əməkdaşlığa hazır olan digər ölkələrlə də işləməyə hazırdır. Əsas prioritetimiz müştərilərimiz üçün ən yaxşı mühafizə və keyfiyyəti təmin edən məhsulların etibarlılığıdır”, – deyə KPE şirkətinin Baş direktoru qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS