Qazaxıstan istehsalı zirehli ambulansa Hökümə Əliyevanın adı verilib – VİDEO

Qazaxıstan istehsalı zirehli ambulansa Hökümə Əliyevanın adı verilib – VİDEO

Qazaxıstanın “Kazakhstan Paramount Engineering” (KPE) şirkəti tərəfindən istehsal edilən “Arlan” zirehli maşınının ambulans versiyasına Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın adı verilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Kazakhstan Paramount Engineering” və “Weapon Systems Engineering” şirkətlərinin təsisçisi, Qazaxıstan Müdafiə Sənayesi Müəssisələri Assosiasiyasının sədri Aybek Barısov özünün “Instagram” hesabında paylaşım edib.

“Bu ambulansın adı Hökümə Əliyevadır. “Hökümə Əliyeva kimdir?” deyə soruşsanız, cavab verim. O, Aktau şəhərində qəzaya uğrayan təyyarənin stüardessası idi. Öz həyatının sonlanacağını bilməsinə baxmayaraq, təşvişə qapılmadan son ana qədər insanların həyatını qurtarmaq üçün mübarizə aparan qəhrəman bir qızdı. Buna görə, o, sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının qəhrəmanıdır. Bu ambulansın məqsədi də insan həyatını qurtarmaqdır. Hökümənin ruhu şad olsun”, – deyə paylaşımda bildirilib.

CATEGORIES
TAGS