Qazaxıstan KADEX sərgisini növbəti dəfə təxirə salıb
2024-cü ilin 23-26 may tarixlərində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilməsi planlaşdırılan altıncı KADEX beynəlxalq müdafiə sərgisinin növbəti dəfə vaxtı dəyişdirilib.
Sərginin təşkilat komitəsindən “Poliqon”a verilən məlumata görə, KADEX, Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınıb.
Qazaxıstan hökuməti tərəfindən 2020-2021-ci illərdə koronovirus (COVID-19) təhlükəsi ilə bağlı vaxtı dəyişdirilən altıncı KADEX sərgisi ötən il isə ölkədəki mövcud siyasi və iqtisadi vəziyyətlə əlaqədar olaraq təxirə salınıb. Sonuncu dəfə KADEX sərgisi 2018-ci ildə baş tutub.
Qeyd edək ki, KADEX beynəlxalq müdafiə sərgisi iki ildə bir dəfə təşkil olunur. 2014-cü ildən POLİQON (AZERDEFENCE) jurnalı sərginin rəsmi media tərəfdaşıdır. Sərgi zamanı POLİQON jurnalının rus dilində KADEX Xüsusi Buraxılışı iştirakçılar və ziyarətçilər arasında yayımlanır.