Qazaxıstan KADEX sərgisinin vaxtını yenidən dəyişdi

Qazaxıstan KADEX sərgisinin vaxtını yenidən dəyişdi

Qazaxıstan hökuməti mövcud siyasi və iqtisadi vəziyyət ilə əlaqədar olaraq 25-28 may 2022-ci il tarixlərində Nur-Sultan şəhərində keçirilməsi planlaşdırılan altıncı KADEX-2022 beynəlxalq müdafiə sərgisinin vaxtını dəyişib.

Bu barədə “Poliqon”a sərginin təşkilat komitəsindən məlumat verilib.

“Dünyada mövcud siyasi və iqtisadi vəziyyət kontekstində Qazaxıstan Respublikası KADEX sərgisini 2023-cü ilə təxirə salmaq qərarına gəlib”, – deyə məlumatda bildirilib.

KADEX sərgisinin növbəti tarixi barədə konkret məlumat verilməyib. Yeni tarixin daha sonra açıqlanacağı bildirilib.

Qeyd edək ki, KADEX beynəlxalq müdafiə sənayesi sərgisi iki ildə bir dəfə təşkil olunur. Lakin, son KADEX sərgisi 2018-ci ildə keçirilib. Ondan sonra, koronovirus (COVID-19) təhlükəsi ilə əlaqədar olaraq KADEX-2020 və KADEX-2022 beynəlxalq müdafiə sərgisinin vaxtı bir neçə dəfə dəyişdirilərək təxirə salınıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS