Qazaxıstan “Mbombe”ni 57 mm-lik AU-220M topuyla silahlandırır

Qazaxıstanda CAR-ın “Paramount Group” şirkəti ilə birgə istehsal edilən 8×8 təkər formuluna malik “Barıs” piyada döyüş maşını (“Mbombe”) 57 mm çaplı AU-220M avtomat topuyla silahlandırılacaq.

“AzeriDefence”nin Rusiyanın “Uralvaqonzavod” Elmi İstehsalat Korporasiyasına istinadən verdiyi məlumata görə, artıq maşının ilk nümunəsi üçün A-220M topunun çatdırılması həyata keçirilib. “Kazakhstan Paramount Engineering” şirkəti tərəfindən top piiaya döyüş maşınına inteqrasiya olunub. Adıçəkilən texnika iyun ayının 2-dən 5-dək Astanada keçiriləcək KADEX-2016 sərgisində nümayiş etdiriləcək.

Qeyd edək ki, UVZ müəssisəsi tərəfindən AU-220M avtomat topu insansız qülləyə inteqrasiya olunub: “Distans döyüş modulu 360 dərəcə bucaq altında fırlanır. Bu gün dünyada AU-220M topunun atəşinə dözə biləcək zirehli maşın və piyada döyüş maşını mövcud deyil”.

İlk eksperimental nümunəsi 2010-cu ilin sentyabr ayında Cənubi Afrika Respublikasının Keyptaun şəhərində “Africa Aerospace Defence-2010” sərgisində təqdim edilən “Mbombe”də dünyada minaya qarşı qorumalı maşınlarda tətbiq olunan ənənəvi “V” formalı gövdə düz gövdə ilə əvəzlənib. Tətbiq olunan yeni zireh hesabına maşının dib hissəsinin davamlılığı artırılıb. “Paramount Group” şirkətinin açıqladığı məlumata görə, maşının zirehli korpusunun kinetik müdafiəsi STANAG 4569 Level 3 (14.5×114 mm), tank əleyhinə müdafiəsi STANAG Level 4a və 4b səviyyəsinə uyğundur. “Mbombe” korpusun altında istənilən yerdə və ya təkərin altında 10 kq trotil, beş metr məsafədə isə 50 kq trotil ekvivalentində partlayışa davam gətirir. Maşının ekipajı ön və yanlarda 155 mm çaplı artilleriya mərmilərinin qəlpələrindən qorunur. Daxildə qurulan xüsusi kreslolar partlayışlar zamanı ekipajın travma almasını önləyir. Ehtiyac duyulduğu zaman maşını RPQ və zirehdələn mərmilərə qarşı əlavə zirehlə gücləndirmək mümkündür.

mbombe-qaz.jpg

“Mbombe” Qazaxıstanda keçirilən testlərdə. Foto: Paramount Group

CATEGORIES
TAGS