
Qazaxıstan növbəti dəfə KADEX sərgisinin vaxtını dəyişdi
Qazaxıstan hökuməti koronovirus (COVID-19) təhlükəsi ilə əlaqədar olaraq 10-13 iyun 2021-ci il tarixlərində Nur-Sultan şəhərində keçirilməsi planlaşdırılan altıncı KADEX-2021 beynəlxalq müdafiə sərgisinin vaxtını dəyişib.
Bu barədə “Poliqon”a sərginin təşkilat komitəsindən məlumat verilib.
“Çətin epidemioloji vəziyyət və xarici iştirakçılar və qonaqlar üçün ölkəyə giriş məhdudiyyətlərinin davam etməsi sərginin beynəlxalq statusunu qoruyaraq lazımi səviyyədə keçirməsinə imkan vermir. Bu baxımdan Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi, KADEX sərgisinin növbəti ilə təxirə salınması barədə qərar qəbul etmək məcburiyyətində qalır”, – deyə məlumatda bildirilib.
Növbəti KADEX sərgisi 25-28 may 2022 tarixlərində Nur-Sultan şəhərində keçiriləcək.
Qeyd edək ki, KADEX beynəlxalq müdafiə sərgisi iki ildə bir dəfə təşkil olunur. Azərbaycandan POLİQON (AZERİ DEFENCE) jurnalı sərginin rəsmi media tərəfdaşıdır.
