Qazaxıstan “Rosa-RB-M” radarını silahlanmaya qəbul edib

Qazaxıstan “Rosa-RB-M” radarını silahlanmaya qəbul edib

Qazaxıstanın Hava Hücumundan Müdafiə Qoşunları Belarus istehsalı olan “Rosa-RB-M” radiolokasiya stansiyasını silahlanmaya qəbul edib.

Bu barədə “Azeri Defence”ə Qazaxıstan Müdafiə Nazirliyindən məlumat verilib.

Silahlı Qüvvələrdə keçirilən sınaqlar zamanı kompleks aşağı hündürlükdə uçan hədəflərin aşkarlanmasında yüksək effektivlik göstərib.

“Rosa-RB-M” radiolokasiya stansiyasının təyinatı aşağı hündürlükdən uçan hədəflərin aşkarlanması, izlənilməsi və informasiyaların avtomatlaşdırılmış idarə sisteminə ötürülməsidir.

Qeyd edək ki, “KB Radar” müəssisəsinin istehsalı olan “Rosa-RB-M” radiolokasiya stansiyası bundan əvvəl – 2020-ci ilin iyun ayında Belarus Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasına qəbul edilib.

CATEGORIES
TAGS