Qazaxıstanda 30-dan çox “H” seriyalı helikopter istehsal edilib

Qazaxıstanda 30-dan çox “H” seriyalı helikopter istehsal edilib

“Eurocopter Kazakhstan Engineering” (EKE) şirkəti tərəfindən bu günə qədər daxili və xarici bazar üçün 30-dan çox “H” seriyalı çoxməqsədli helikopter istehsal edilib.

Bu barədə “AzeriDefence” Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinə istinadən məlumat verib.

Qazaxıstanda H-145, H-130, H-125 tipli çoxməqsədli helikopterlərin istehsalını həyata keçirən EKE şirkətinin Qazaxıstanla yanaşı Rusiya, Qırğızıstan, Tacikistan və Monqolustanda distributorları fəaliyyət göstərir.

Qeyd edək ki, EKE 2011-ci ildə Qazaxıstanın “Kazakhstan Engineering” şirkəti ilə Fransanın “Airbus Helicopters” şirkətinin birgə yaratdığı müəssisədir. EKE-nin bazasında helikopterlərin təmiri və texniki dəstəyi üçün xidmət mərkəzi də yaradılıb.

36bc10a132a74deb3c82c91338ac5e89 original.4355580 scaled e1588942592837

 

CATEGORIES
TAGS