Qazaxıstanda “Barys” döyüş maşının sınaqları tamamlanıb

Qazaxıstanda “Barys” döyüş maşının sınaqları tamamlanıb

Qazaxıstanın “Paramount Engineering” (KPE) şirkətinin “Barys 8X8” (“Qar bəbiri”) döyüş maşınının 4 illik sınaqları tamamlanıb.

“Poliqon” xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən sınaqlar uğurla yekunlaşıb.

“Barys” zirehli döyüş maşını 4 il ərzində Cənubi Qazaxıstanın dağlıq ərazilərində, meşəlik və savanna tipli çöllərində, həmçinin mərkəzi Qazaxıstanın şoranlıqlarında sınaqdan keçirilib. Sınaqlar Xəzər dənizi yaxınlığındakı, ümumilikdə, 25.000 km məsafəni əhatə edən Mangistau səhralığında yekunlaşıb.

“Barys” zirehli döyüş maşının üstün hərəkətliliyi və çox yönlülüyü test edilməklə yanaşı, onun atəş gücü də sınaqdan keçirilib.

Heyəti 11 nəfər olan “Barys 8×8” döyüş maşının yüksək hərəkətliliyi və minalara davamlı olması əsas xüsusiyyətlərindəndir.

Sürəti maksimum 110 km/saat, gediş ehtiyatı 800 km-dir. “Barys 8×8” maşını 9 tona qədər faydalı yük daşıma imkanına malikdir.

Həmçinin, minalara, əldəqayırma partlayıcı qurğulara və mərmilərə qarşı müdafiəsi STANAG 4569 Level 4B standardına cavab verir. Döyüş maşınında mina əleyhinə oturacaqlar quraşdırılıb ki, bu da maşının yaxınlığında və altında mina partlayışı nəticəsində maşında olan hərbi qulluqçuların təhlükəsizliyini təmin edir.

“Barıs 8×8” döyüş maşınına inteqrasiya olunan “Ansar” döyüş moduluna 30 mm çaplı 2A42 topu, iki ədəd 7,62 mm PKT pulemyotu və tüstü qumbaraları daxildir. Həmçinin, “Ansar” döyüş modulu axtarış və izləmə sistemi, TV kamera, termal kamera və lazer məsafəölçəni, gecəgörmə cihazları, meteoroloji sistem ilə təchiz olunub.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Ansar” döyüş moduluna gələcəkdə yaxın məsafədən uçan hava hədəflərini vurmağa imkan verən idarəolunan raket qurğusunun quraşdırılması planıaşdırılır.

Qeyd edək ki, “Barys” zirehli döyüş maşını CAR-ın “Paramount Group” şirkətinin hazırladığı “Mbombe-8” zirehli transportyorunun lokallaşdırılmış versiyasıdır və ilk dəfə 2016-cı ildə KADEX sərgisində nümayiş etdirilib.

11 1

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS