Qazaxıstanda hərbi təyyarələr avtomobil yoluna enib – VİDEO
Qazaxstan Hərbi Hava Qüvvələrimin tarixində ilk dəfə CASA S-295 turbovintli yüngül nəqliyyat təyyarəsi və Su-27 çoxməqsədli ağır qırıcı təyyarəsi avtomagistrala eniş yerinə yetiriblər.
Bu barədə “Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
“Altın Jebe-2021” Xüsusi Əməliyyat Qüvvələrinin tərkib hissələrinin kompleks yoxlanmasının son mərhələsi çərçivəsində, təyyarələrin enişi Qazaxıstanın Mangistau vilayətindəki magistral yolun bir hissəsində həyata keçirilib.
Bu tədbir quru və dəniz qüvvələri qruplaşmalarının dəstəklənməsində iştirak edən Hərbi Hava Qüvvələrinin bölmələrinin mobilliyinin artırılması çərçivəsində həyata keçirilib.
Əhəd Əzizov
CATEGORIES Xəbərlər