Qazaxıstanda sursat anbarı partlayıb

Qazaxıstanda sursat anbarı partlayıb

Hadisə dünən, yerli saatla 19.00 radələrində, Jambıl vilayətinin Qırğızıstanla sərhəddəki Taraz şəhəri yaxınlığında yerləşən hərbi hissənin ərazisində baş verib.

“Poliqon” xəbər verir ki, Qazaxstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, anbarda əsasən uzun uçuş məsafəsi olmayan mühəndis sursatları saxlanılıb.

Son məlumatlara görə, əvvəlcə hərbi hissədə yanğın başlamış və sonra isə altı partlayış baş verib. Partlayışlar nəticəsində 60 nəfər yaralanıb, ikisi hərbiçi olmaqla, üç nəfər həlak olub.

Fövqəladə halların aradan qaldırılmasına yanğınsöndürmə briqadaları və hərbi hissədən tırtıllı xüsusi yanğınsöndürən texnika, habelə Fövqəladə Hallar Nazirliyinin Jambıl vilayətindəki yanğınsöndürmə briqadaları cəlb edilib. Yerli əhali təxliyə olunub.

Müdafiə və Fövqəladə Hallar nazirləri fövqəladə hadisənin baş verdiyi yerə gediblər. Hadisə yerində Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası işləyir.

Hələlik hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS