Demining
Qəbələdə tank əleyhinə iki tüstü minası aşkarlanıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mayın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı əsasında Qəbələ rayonunda yerləşən keçmiş hərbi şəhərciyin zirzəmisi yoxlanılıb.
Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat nəticəsində agentliyin mütəxəssisləri tərəfindən keçmiş hərbi şəhərciyin zirzəmisindən 2 ədəd tank əleyhinə tüstü minası (UDŞ) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.
