Qırğızıstan Türkiyədən PUA və zirehli maşınlar alıb

Qırğızıstan Türkiyədən PUA və zirehli maşınlar alıb

Türkiyə Qırğızıstana “Baykar” şirkətinin istehsalı olan “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları (PUA) və adı açıqlanmayan zirehli maşınlar ixrac edir.

“Poliqon” xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev məlumat verib.

Kamçıbek Taşiyev bildirib ki, Qırğızıstan Türkiyədən 300 milyon qırğız somu (33,4 milyon ABŞ dolları) dəyərində “Bayraktar TB2” PUA-ları və 40 ədəd zirehli döyüş maşını alıb.

“Bayraktar TB2” PUA-ların tezliklə Qırğızıstana çatdırılacağı bildirilib.

Qeyd edək ki, “Bayraktar TB2” zərbə PUA-lar Türkiyədən başqa Azərbaycan, Mərakeş, Polşa, Türkmənistan, Ukrayna, Qətər, Liviya kimi ölkələrin silahlanmasında yer alır və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən uğurla istifadə olunub.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS