Qırğızıstanın müdafiə naziri: Azərbaycan ordusunun Qarabağ münaqişəsinin müsbət həllində təcrübəsini öyrənirik

Qırğızıstanın müdafiə naziri: Azərbaycan ordusunun Qarabağ münaqişəsinin müsbət həllində təcrübəsini öyrənirik

Qırğızıstan Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyi Ordunun birləşmə, hissə və bölmələrinin döyüş hazırlığına ən çox diqqət yetirir.

Bu barədə Qırğızıstanın müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov “Poliqon” jurnalına müsahibəsində danışıb.

General-leytenant Baktıbek Bekbolotov bildirib ki, döyüş hazırlığı dərsləri döyüş əməliyyatlarının müasir reallıqları nəzərə alınmaqla, şəxsi heyətimizin hərbi vərdişlərinin artırılmasına yeni və müxtəlif yanaşmalarla keçirilir.

“Döyüş hazırlığı zamanı təlimlərə yanaşmaların təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verərkən biz həmçinin Rusiya ordusunun hava hücumundan müdafiəsinin aparılmasında istifadə olunan metodları və Azərbaycan ordusunun Qarabağ münaqişəsinin müsbət həllində təcrübəsini, xüsusilə də Azərbaycan ordusunun PUA-lardan istifadə etmək təcrübəsini nəzərə alırıq.

Və nəhayət, hərbi qulluqçularımızın beynəlxalq təlimlərdə və ölkə daxili təlimlərdə iştirakı zamanı döyüşçülərin döyüş hazırlığının səviyyəsi yoxlanılır. Yeri gəlmişkən, mən bu yaxınlarda Azərbaycan və Qırğızıstandan olan hərbi qulluqçuların ilk dəfə birgə iştirak etdiyi, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirdiyi “Birləşdik-2024” beynəlxalq təlimlərində qonaq olmuşam ki, bu da məni çox sevindirdi.

Bütün bunlar ümumi müdafiənin məqsəd və vəzifələrinə nail olmaq və Qırğızıstan Respublikasının hərbi təhlükəsizliyini təmin etmək üçün döyüş hazırlığının səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaqdır”, – deyə general-leytenant Baktıbek Bekbolotov vurğulayıb.

CATEGORIES
TAGS