“Qış təlimi-2021”dən yeni görüntülər – VİDEO

“Qış təlimi-2021”dən yeni görüntülər – VİDEO

Türkiyənin Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlər davam edir.

“Poliqon” xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “Twitter” səhifəsində “Qış təlimi-2021”dən yeni görüntülər paylaşıb.

Paylaşımda deyilir: “Qəhrəman komandolarımız qardaş Azərbaycan ilə birgə icra etdiyimiz “Qış təlimi-2021” təlimlərinin Müşahidəçi gününə hazırdırlar”.

Qeyd edək ki, bu gün təlimlər çərçivəsində Müşahidəçi günü olacaq. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə bu ölkədə səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Qış təlimi-2021”in yekun mərhələsini izləyəcək.

CATEGORIES
TAGS