“Qış təlimi-2025″in “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Qış təlimi-2025″in “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

Türkiyənin Qars səhərində “Qış təlimi-2025” birgə təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Ordusu Quru Qoşunların komandanının müavini general-mayor İlqar Lətifov, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, eləcə də Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının və digər iştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar monitorda və ərazinin sxemi üzərində təqdim olunub, videobağlantı vasitəsilə  bölmələrin fəaliyyəti haqqında zabitlərin məruzələri dinlənilib.

Qonaqlar şərti əməliyyatların icrası zamanı hüquqi məlumatlandırma və medianın idarəolunması məntəqələrinə baxış keçirib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda “Qış təlimi-2025″ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən maraqla izlənilib.

Plana uyğun olaraq, əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyuş təminatı üzrə fəaliyyətlər həyata keçirilib.

Təlimin ssenarisinə əsasən, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qanunsuz silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.

Təlimdə ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

5feadf901d1608a535018eb6de920434 6ca0ec543cc8ee45b971d82b86e6eff1 9a81d2588ca7ff1c0120e333ec687ed0 56fec2bc4cfa4885845cf705ec7595cb 88a7638fb647b4561c90ffd97205982a a2945a2faf412602d0b49403db9ce852 ff3b1b57319addcb005d40d5669b2eba

CATEGORIES
TAGS