“Rafael” şirkəti yeni “Sky Sonic” raketini təqdim edib

“Rafael” şirkəti yeni “Sky Sonic” raketini təqdim edib

İsrailin “RAFAEL Advanced Defense Systems Ltd.” (“Rafael”) şirkəti hipersəs raketlərin zərərsizləşdirilməsi üçün “Sky Sonic” adlı yeni raket hazırlayıb.

“Poliqon” “Rafael”ə istinadən xəbər verir ki, “Sky Sonic”, yüksək manevr qabiliyyətinə sahib olan və səsdən on qat daha sürətli uçan hipersəs raketlərini müstəsna dəqiqlik və gizlilik ilə effektiv şəkildə zərərsizləşdirmək imkanına malikdir.

Bildirilib ki, “Rafael” “Sky Sonic” raketini ilk dəfə Fransada keçirilən “Paris Air Show” aviasiya sərgisində nümayiş etdirir.

Bundan başqa, şirkətin “Iron Dome”, “David’s Sling”, “Iron Beam” hava hücumundan müdafiə sistemləri (HHM), “Spike” raketləri, elektron mübarizə vasitələri və digər sistemləri də “Paris Air Show”da sərgilənir.

“Paris Air Show”da nümayiş olunan məhsullar ilə bağlı fikirlərini bölüşən, “Rafael”in baş icraçı direktoru general-mayor Yoav Har Even qeyd edib ki, hazırda bu sistemlər üçün olan sifarişlər rekordlar qırır.

Onun sözlərinə görə, “Rafael” şirkəti ilk dəfədir ki, 40 milyard NIS (11.1 milyard ABŞ dolları) dəyərində yığılıb qalmış sifarişlərlə qarşı-qarşıyadır.

Poliqon.az

CATEGORIES
TAGS