Ramil Usubov: “Qələbədən sonra bəzi qüvvələr bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır”

Ramil Usubov: “Qələbədən sonra bəzi qüvvələr bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır”

Bu gün Azərbaycanın birbaşa iştirakı olmadan beynəlxalq səviyyəli nəqliyyat-logistika və nəhəng enerji layihələrinin reallaşması, mühüm siyasi qərarların qəbul olunması mümkün deyildir.

“Poliqon”un məlumatına görə, bunu Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində deyib.

R.Usubov bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada sabitlik məkanı kimi tanınır və bu amil də öz növbəsində respublikada bütün sahələrin hərtərəfli inkişafına zəmin yaradıb.

“Son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar”, – deyə Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan R.Usubov dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırıb.

Poliqon.az

CATEGORIES
TAGS