Ramil Usubov: Vətən müharibəsinin nəticələrinin təhlili milli təhlükəsizliyin etibarlı təminatıdır
Vətən müharibəsinin nəticələrinin təhlili və əldə olunan təcrübə milli təhlükəsizliyin etibarlı təminatı, silahlı qüvvələrimizin müdafiə qabiliyyətinin artırılmasında önəmli amildir.
“Poliqon” xəbər verir ki, bunu “Vətən müharibəsinin təcrübələri” konfransında Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov deyib.
General-polkovnik Ramil Usubov tədbirin təşkilində göstərdiyi dəstəyə görə DTX-nin rəhbərliyinə minnətdarlığını ifadə edib, bu mövzuda konfransın keçirilməsinin əhəmiyyətindən danışıb.
O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında şanlı qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin tariximizdə silinməz iz buraxdığını, bu müharibənin ordumuzun döyüş təcrübəsinin artırılmasında əvəzsiz rol oynadığını, hərbi əməliyyatların planlaşdırılması və aparılmasının xarici ölkələrin hərbi müəssisələrində öyrənildiyini diqqətə çatdırıb.