
ABŞ-ın “Raytheon” şirkəti Missisipi ştatının Forest şəhərində yerləşən istehsalat müəssisəsinin 17 min kvadrat fut (təxminən 1580 kvadratmetr) genişləndirilməsini başa çatdırıb.
“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, 50 milyon ABŞ dolları məbləğində investisiya hesabına həyata keçirilən layihə elektron müharibə və radar sistemlərinin istehsal gücünü artıracaq.
Genişləndirmədən sonra müəssisənin ümumi istehsalat sahəsi 445 min kvadrat futa (təxminən 41340 kvadratmetr) çatıb. Yeni sahədə ABŞ Hərbi Dəniz Qüvvələri və Avstraliya üçün “Next Generation Jammer Mid-Band” (NGJ-MB) radioelektron mübarizə podlarının, həmçinin digər hava radar sistemlərinin istehsalı, sınağı və inteqrasiyası həyata keçiriləcək.





