“Raytheon”un yeni antidron silahının ixracına icazə verilib

“Raytheon”un yeni antidron silahının ixracına icazə verilib

ABŞ hökuməti “Raytheon” şirkəti tərəfindən yeni yaradılan “Coyote Block 2” antidron silahının dost və müttəfik ölkələrə şatışına icazə verib.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Raytheon” şirkətinin yaydığı məlumatda bildirilib.

“Coyote Block 2” antidron silahı ABŞ silahlı qüvvələrinin 2019-cu ildən döyüş sahələrində istifadə etdiyi “Howler” adlı antidron sistemi əsasında hazırlanıb. Antidron silah “Raytheon” məhsulları olan “Ku-Band Radyo Frekans” radar sistemi və “Coyote Block 1” ilə işləyir.

“Coyote Block 2” antidron silahının sınaqları tamamlanıb, bu il seriyalı istehsalına başlanılması planlaşdırılır.

“Coyote Block 2” gücünü reaktiv mühərrikdən alır və daha yüksək sürət və manevr qabiliyyəti ilə seçilir. “Coyote” təhdid yaxınlığında partladılaraq, pilotsuz uçuş aparatlarını məhv edir.

CATEGORIES
TAGS