Rektor Vilayət Vəliyev: MSN-in tələbi ilə yaradılan ixtisaslar təkmilləşdirilir

Rektor Vilayət Vəliyev: MSN-in tələbi ilə yaradılan ixtisaslar təkmilləşdirilir

Azərbaycan Texniki Universitetinin (AzTU) müdafiə sənayesi sahəsində gördüyü işlər çoxdur. Universitetə gələn qonaqların bir qismi bilavasitə müdafiə sənayesi ilə bağlı, araşdırmalarla əslaqədar gəlirlər.

“Poliqon”un məlumatına görə, bu fikirləri Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev milli mətbuatın yaranmasının 146 illiyi münasibətilə KİV nümayəndələri ilə onlayn görüşdə deyib.

“Biz müdafiə sənayesi sahəsinə də çox dərin fikir veririk. Əslində reallıqda universitetimizində həyata keçirilən layihələrin mərkəzində müdafiə sənayesinin imkanlarının artırılması durur.

Nazirlər Kabinetinin qərarı ilə AzTU-nun nəzdində müdafiə sənayesi ilə bağlı Xüsusi texnika və texnologiya fakültəsi yaradılıb. Xüsusi texnika və texnologiya fakültəsində müdafiə sənayesinin möhkəmləndirilməsi ilə bağlı işlər görülüb, planlar hazırlanıb. Ötən son iki ildə Xüsusi texnika və texnologiya fakültəsi tamamən yenidən qurulub. Orda 3 kafedra açılıb – biri əvvəldən var idi, o möhkəmləndirilib, ikisi yeni açılıb. Hazırda sözügedən fakültədə Xüsusi texnologiyalar və avadanlıqlar, Radioelektron və aerokosmik sistemlər, Xüsusi təyinatlı materiallar və vasitələr kafedrası fəaliyyət göstərir. Fakültədə beş ixtisas var və hazırda kafedraların kampakt olaraq bir yerdə fəaliyyəti ilə bağlı işlər görürük, artıq kafedralar formalaşır”, – deyə AzTU-nun rektoru vurğulayıb.

Rektor Vilayət Vəliyev bildirib ki, digər bir tərəfdən Müdafiə Sənayesi Nazirliyi üçün Universitetdə xüsusi bir yer ayırılıb. Hazırda orda laboratoriyalar və emalatxanalar formalaşır. Bu laboratoriya və emalatxanalar ümumi məqsədlər üçün fəaliyyət göstərəcək. Əsas hədəf ondan ibarətdir ki, Müdafiə Sənayesi Nazirliyinə aid olan ixtisasların tədris və tədqiqat mərkəzlərinin bir qismini MSN-in zavodlarında, fabriklərində açılsın.download

“Bundan başqa MSN-in “Şərq” İstehsalat Birliyinin “İqlim” elm-istehsalat müəssisəsində Azərbaycan Texniki Universitetinin Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı açılıb. Məqsəd bakalavr və magistr tələbələrinin təcrübələrinin təşkili, onların buraxılış işi və magistr dissertasiyalarının mövzularının bu sənaye sahəsindən götürülməsini təmin etməkdən ibarətdir.

Artıq bu tipli kafedralarımız çoxalıb. Eyni zamanda kimya istiqamətində, partayıcı maddələrlə bağlı, optotexnika, silah sistemləri ilə bağlı, o cümlədən süni intellekt, kibertəhlükəsizliklə bağlı orda bizim çox ciddi imkanlarımız formalaşıb.

Eyni zamanda bu istiqamətdə Türkiyə ilə ciddi planlarımız var. Tədrisin keyfiyyəti, məzmunu ilə bağlı ciddi imkanları ortaya qoyuruq.

Həmçinin Universitetin nəzdində yaradılan müdafiə şurası xüsusi sistemlərlə bağlı, doktorantura tələbələrin hazırlanması ilə bağlı fəaliyyət göstərir. Bu kompleks bilavasitə Müdafiə Sənayesi Nazirliyinin tələbi ilə yaradılan ixtisasların təkmilləşməsinə xidmət edir”, – deyə AzTU-nun rektoru Vilayət Vəliyev bildirib.

download 1

“İqlim” elm-istehsalat müəssisəsində AzTU-nun Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı

download 2

CATEGORIES
TAGS