“Rheinmetall” ABŞ Ordusunun Vahid Taktik Yük maşını Proqramı üçün prototiplər təqdim edib
“American Rheinmetall Vehicles” və “GM Defence” şirkətləri birlikdə ABŞ Ordusuna CTT proqramının (Common Tactical Truck Program) birinci mərhələsi üçün 3 ədəd HX3 CTT prototip yük maşını tədarük edib.
“Poliqon” “Rheinmetall” şirkətinə istinadən xəbər verir ki, HX3 CTT yük maşınları texnologiyadakı kritik irəliləyişlər vasitəsilə hərbi qulkuqçuların təhlükəsizliyini və qabiliyyətini artırır.
HX3 CTT çox uğurlu, döyüşdə özünü sübut etmiş, HX yük maşınları ailəsinin ən son nəsil yük maşınıdır.
Çoxmərhələli proqramın məqsədi ordunun ağır taktiki yük maşınları ailəsini əvəz etməkdir və dəyəri 14 milyard ABŞ dollarına qədər olan 40000 ədəd yük maşını istehsal etməkdir (həmçinin bax: ABŞ Ordusu 40 min ədəd taktiki yük maşını alacaq).
ABŞ-nin iki güclü müdafiə şirkəti 2022-ci ildə proqramda rəqabət aparmaq üçün strateji əməkdaşlıq qurub. Qabaqcıl sürücüyə yardım sistemləri (Advanced Driver Assistance Systems – ADAS), artan yolsuzluq hərəkətliliyi, kibertəhlükəsizliyin möhkəmlənməsi, üstün sağqalma qabiliyyəti daxil olmaqla qabaqcıl texnologiyalar vasitəsilə qabiliyyəti artırarkən əsgər təhlükəsizliyi və qorunmasına diqqət yetirən, avtonom hazırlıq və digər kritik inkişaf edən texnologiyalar arasında təkmilləşdirilmiş yanacaq səmərəliliyinə malik müasir, taktiki yük maşını təqdim etmək üçün iki dünya səviyyəli mühəndislik və istehsalat nəhəngini bir araya gəlib. Hazırda əksər kommersiya avtomobillərində olan bu imkanlar hərbi nəqliyyat vasitələrinin qəzalarını azaltmağa və təhlükəli konvoy əməliyyatlarına məruz qalan əsgərlərin sayını azaltmağa kömək edir.
HX yük maşınları ailəsi, CTT proqramında ordu üçün prioritet olan donanmaya yüksək kommersiya dərəcəsi gətirən “MAN Truck and Bus AG” şirkətinin kommersiya yük maşınları təkliflərinə əsaslanır. HX3 CTT yeni nəsil sistemi yolda və yolsuzluq şəraitində hərəkətliliyi, inteqrasiya olunmuş sağqalma qabiliyyətini və ADAS-ı dəstəkləyən açıq rəqəmsal arxitekturanı təkmilləşdirib və avtonom nəqliyyat vasitələrinin işləməsini təmin edib. Açıq arxitektura ilə birlikdə, HX3 CTT-nin kommersiya bazası davamlı modernləşməni dəstəkləyəcək, həmçinin robot və avtonom əməliyyatları daxil olmaqla texnologiyaların inkişafı ilə bacarıqların sürətlə artmasına imkan verəcək.
Ən etibarlı ABŞ müttəfiqləri və kommersiya diler şəbəkəsi də daxil olmaqla 20 istifadəçi ölkəsinin qlobal iştirakı ilə HX3 CTT, optimallaşdırılmış həyat dövrü xərcləri və bütün dünyada orduya xidmət dəstəyi üçün əsas təmin edir.
HX3 CTT qabaqcıl, dəyişdirilə bilən qorunan kabina konstruksiyası, ADAS və elektron idarəetmə ilə təchiz edilib. Yeni açıq sistemlərin elektrik arxitekturası “lider-izləyici” funksiyasının, tele-idarəetmə və tam avtonom imkanların sürətli inteqrasiyasına imkan verir ki, bu da ən qiymətli döyüş aktivi olan əsgərin qorunmasına diqqət yetirir.
HX3 CTT, qlobal miqyasda uğurlu HX hərbi təyinatlı taktiki yük maşınlarının yeni, növbəti nəsil variantıdır. O, variantları arasında yük, yükdaşıma sistemləri, tankerlər və dartıcılar kimi son dərəcə yüksək səviyyəli ümumiliyə və modulluğa malikdir. 4×4, 6×6, 8×8 və 10×10 təkər formulluna qədər miqyaslana bilən HX ailəsi ilə HX3 CTT istənilən hərbi ehtiyacı ödəyə bilər.
HX3 CTT kommersiya yük maşını texnologiyası, təhlükəsizlik, yanacaq səmərəliliyi və tullantıların azaldılması sahəsində öz sinfində ən yaxşı nailiyyətlərdən istifadə edir. Hərbi xidmətin gərginliyindən müdafiə olunan HX ailəsi hazır imkanları təmin edir. Bu kommersiya bazası köhnəlmə riskini/xərclərini azaldır, hissələrin əlçatanlığınl genişləndirir və texniki xidmət tələblərini azaldır.
HX yük maşınları ailəsi Birləşmiş Krallıq, Avstraliya, Yeni Zelandiya, Almaniya, Avstriya, Norveç, İsveç və Danimarka daxil olmaqla qlobal miqyasda 20 müştəriyə satılıb (həmçinin bax: “Rheinmetall” konserni Böyük Britaniyada yeni ÖAQ təqdim edəcək).
Xatırladaq ki, hələ 2021-ci ildə Almaniyanın “Rheinmetall” şirkəti son nəsil RMMV HX3 ağır yük maşınlarını nümayiş etdirib. Son nəsil RMMV HX3 ağır yük maşınları “Rheinmetall MAN Military Vehicles” (RMMV) ortaq müəssisəsi tərəfindən yaradılıb və təklif edilir (daha ətraflı: RMMV HX3 ağır yük maşınları nümayiş edilib).
HX3 yük avtomobilləri ailəsi seriyalı istehsal edilən MAN (sonradan RMMV) 2004-cü ildən HX ailəsinin, 2012-ci ildən isə HX2 ailəsinin növbəti inkişafı və “üçüncü nəslidir”.
Bütün avtomobillər MAN D26 dizel mühərriklərinin və ZF avtomatik transmissiyalarının müxtəlif versiyaları ilə təchiz olunub, MAN EE-Architecture bort sistemlərinin yeni rəqəmsal arxitekturasından istifadə edilib, minadan mühafizə elementləri tətbiq olunub.
Avtomobillər İnteqrasiya edilmiş Zirehli Kabinlər (Integrated Armor Cabin – IAC) və Avtomatlaşdırılmış Yük İdarəetmə Sistemi (Automated Load Handling System – ALHS) ilə təchiz oluna bilər. HX3 avtomobillərinin ümumi çəkisi 38-50 tona çata bilər.
HX3 nəqliyyat vasitələrinə əsaslanan nümunələr kimi “Rheinmetall” qrupu 155 mm/52 avtomatlaşdırılmış özüyeriyən haubitsa (HX3 10×10 şassisində) və müxtəlif sistemlərin (xüsusən radar) daşıyıcı-maşın və mexanikləşdirilmiş yükləmə sistemli (ALHS) nəqliyyat vasitəsi (hər ikisi HX3 8×8 şassisində) prototiplərini təqdim edir.
Fırlanan zirehli qüllədə quraşdırılmış və Artilleriya Yük maşını İnterfeysi (Artillery Truck Interface – ATI) adlanan 155 mm-lik artilleriya sisteminin xüsusiyyətləri açıqlanmayıb, lakin ehtimal ki, o, Almaniyanın PzH 2000 özüyeriyən haubitsasının “Rheinmetall” istehsalı olan yellənən hissəsinə əsaslanır. HX3 10×10 şassisindəki özüyeriyən artilleriya qurğusu 540 at gücünə malik MAN D26 mühərrikindən istifadə edir.
Əhəd Vahidoğlu