“Rheinmetall” adı açıqlanmayan Avropa ölkəsinə sursat tədarük edəcək
Almaniyanın “Rheinmetall” şirkəti adı açıqlanmayan Avropa ölkəsinin piyada döyüş maşınları üçün orta kalibrli sursat tədarük edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə “Rheinmetall” şirkəti məlumat yayıb.
Bildirilib ki, bunun üçün şirkət dəyəri 200 milyon avrodan çox olan sifariş alıb.
Sifarişə əsasən, “Rheinmetall” bu sursatların müştəriyə çatdırılması işlərini 2023-2025-ci illər ərzində həyata keçirilməlidir.
Hazırda şirkət “Marder”, “Gepard”, “Puma” və bu kimi digər PDM-lərin orta kalibrli avtomatik və zenit topları üçün yeni hazırlanmış 20-35 mm-lik döyüş sursatlarının yeganə təminatçısıdır.
“Rheinmetall” həmçinin, “Leopard 1” tankı üçün 105 mm-lik sursat, “Leopard 2” tankı üçün 120 mm-lik sursat və 155 mm-lik artilleriya mərmiləri də istehsal edir.