“Rheinmetall AG” qrupu LGS Fennek kəşfiyyat maşınlarını təkmilləşdirir

“Rheinmetall AG” qrupu LGS Fennek kəşfiyyat maşınlarını təkmilləşdirir

Almaniyanın “Rheinmetall AG” qrupu Niderland Ordusunun LGS Fennek təkərli kəşfiyyat maşınlarını təkmilləşdirir.

“Poliqon” xəbər verir ki, “Rheinmetall AG” qrupu özünün “Rheinmetall Electronics” törəmə şirkətinin podratçı “Krauss-Maffei Wegmann” (KMW) şirkəti vasitəsi ilə Niderland Ordusunun LGS Fennek təkərli kəşfiyyat maşınlarını təkmilləşdirmək üçün təxminən 36 milyon avro dəyərində 246 ədəd yeni LaZ400 (Lafettenadaptierbares Zielgerät 400) müşahidə və nişangah cihazı verəcəyini açıqlayıb.

Bildirilir ki, Niderland Kral Ordusunun (Koninklijke Landmacht) üzərinə yeni LaZ400 müşahidə və nişangah cihazları quraşdırılmış LGS Fennek təkərli kəşfiyyat maşınları hədəfləri tanımaqda daha böyük qabiliyyətə malik olacaq.

Bağlanmış müqavilə şərtlərinə əsasən Yeni LaZ400 nişan cihazlarının tədarükü və Type 1530 uzaqdan idarə olunan pulemyot modulları ilə inteqrasiyası 2027-ci ilə qədər tamamlanacaq.

LaZ400 cihazının inteqrasiyası, Niderland Ordusuna 2022-2026-cı illər üzrə LGS Fennek zirehli maşınları üçün 250 milyon ilə 1 milyard avro arasında ayrılan MLU (Mid-Life Update) orta yaş yeniləməsi proqramının bir hissəsidir.

Qeyd edək ki, hazırda Niderland Ordusunda 365 ədəd avtomobil aktiv istismardadır, onlardan 340 ədədi təkmilləşdirilir. Bundan başqa, 40 ədəd avtomobil ehtiyat hissə donoru kimi istifadə olunur, 5 ədədi isə itirilmiş və ya muzeylərə təhvil verilmişdir. Bunlardan 144 ədədi kəşfiyyat maşını, 63 ədədi ümumi təyinatlı maşın, 48 ədədi tank əleyhinə maşını, 18 ədədi FIT-92 “Stinger” raketli zenit maşını (təkmilləşdirilməyəcək), 45 ədədi müşahidə maşını, 39 ədədi özüyeriyən minaatandır. 8 ədədi isə aviasiya üçün hədəfgöstərici kimi istifadə olunur.

Xatırladaq ki, LaZ400 müşahidə və nişangah cihazları Almaniya Silahlı Qüvvələri tərəfindən GTK Boxer zirehli transportyorlarda KMW FLW200 uzaqdan idarə olunan modullarının bir elementi kimi istifadə olunur. Onlar yüksək ayırdetməli, 10 dəfə böyütməli rəngli gündüz CCD kamerası, gecə soyudulan infraqırmızı kamera və göz üçün təhlükəsiz olan lazer məsafəölçən ilə təchiz olunub. Aşkaretmə məsafəsi 2 km-ə çatır.

Əlavə etmək lazımdır ki, Niderland, ordunun təkmilləşdirmə planlarına əsasən 2,5 milyard avroya ekvivalentində LGS Fennek kəşfiyyat maşınının varisini almağı planlaşdırır.

niderland1

Niderland Ordusunun LGS Fennek kəşfiyyat maşını

Niderland2

LaZ400 müşahidə və nişangah cihazı

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS