QuruXəbərlər

“Rheinmetall” Bundesverə mobil tibbi yardım məntəqələri tədarük edəcək

“Rheinmetall” şirkəti Almaniya Silahlı Qüvvələrinə (Bundesver) əlavə 149 ədəd mobil tibbi yardım məntəqəsi tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, sifarişin ümumi dəyəri 500 milyon avrodan çoxdur və istehsalın 2027-ci ilin birinci rübündə başlanması planlaşdırılır.

Bildirilib ki, yeni sifarişlə Bundesver üçün nəzərdə tutulan sistemlərin ümumi sayı 165 ədədə, müqavilələrin ümumi dəyəri isə 600 milyondan çox avroya çatır.

Mobil tibbi yardım məntəqələri ilkin təcili tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulub və dörd hərbçi tərəfindən qısa müddətdə qurula və sökülə bilir. İki konteynerdən ibarət sistem bir neçə gün ərzində müstəqil fəaliyyət göstərə, həmçinin Bundesverə məxsus müxtəlif nəqliyyat vasitələri ilə daşına bilir.

Şirkət qeyd etdiyinə görə, sistem Ukrayna müharibəsinin təcrübəsi əsasında hazırlanıb və çətin ərazilərdə də asanlıqla istifadə oluna bilir.

Back to top button