
“Rheinmetall” ilə “Northrop Grumman” şirkəti əməkdaşlıq müqaviləsi imzalayıb
“Rheinmetall” şirkətinin törməsi olan və Cənubi Afrikada fəaliyyət göstərən “Rheinmetall Denel Munition” ilə ABŞ-ın “Northorp Grumman” şirkəti arasında 10 illik əməkdaşlıq müqaviləsi imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə “Rheinmetall” şirkəti məlumat yayıb.
Müqaviləyə əsasən hər iki şirkət birlikdə əvvəlcə “M1156 PGK” (Precision Guidance Kit) dəqiq tuşlama dəstinin intqerasiya olunduğu 155 mm-lik artilleriya mərmiləri istehsal edəcək. Növbəti mərhələdə isə yeni idarəolunan 155 mm-lik artilleriya mərmisinin hazırlanması ilə bağlı işlər aparılacaq.
CATEGORIES Xəbərlər