“Rheinmetall” şirkəti qeyri-adi “Natter 7,62” döyüş modulunu təqdim edib
Almaniyanın “Rheinmetall” şirkəti futuristik görünüşə malik, yük avtomobilinə quraşdırılmış “Natter 7,62” adlı məsafədən idarə olunan qeyri-adi döyüş modulunu təqdim edib.
“Poliqon” “Defense Post” portalına istinadən xəbər verir ki, modulda titrəməni azaltmaq üçün xüsusi montaj texnologiyasından istifadə edilib.
Tətbiq edilmiş modul konsepsiyası 5,56×45 mm çapdan (MG4, FN-MAG M-249 LMG və ya FN Minimi) 7,62×51 mm çapa (MG-5A1 (H&K)) qədər olan silahları yerləşdirmək üçün müxtəlif montaj dəstlərinin inteqrasiyasına imkan verir.
“Natter 7,62” döyüş modulu, kabinasının damının yükqaldırma qabiliyyəti 105 kq olan yük avtomobilləri üçün hazırlanıb.
“Natter 7,62” döyüş modulunun texniki açıqlamasında onun kütləni və titrəməni azaldan karbon əsaslı montaj texnologiyasından istifadə etdiyi bildirilir.
Modul, əməliyyatlar zamanı operatorun monitor ekranında eyni anda bir neçə hədəfi göstərə bilən silah xətti ilə eyni xəttdə quraşdırılmış və hər hava şəraitində işləyən “FlexEye” sensor sistemindən ibarətdir. “FlexEye” sensor sisteminə isə 1 ədəd Saphir/UC 5.9 infraqırmızı kamera, 2 ədəd CMOS rəngli kamera və 1 ədəd 10 km-ə qədər ölçmə məsafəli diodlu lazer məsafəölçən daxildir.
Modulda həm əllə (coystik), həm də avtomatik hədəf müşayiətetmə imkanı tətbiq edilib. O, yüksək dəymə ehtimalı, yüksək bucaq dəqiqliyi və sürəti, öz-özünə sabitlənən platforma və sualtı üzmə qabiliyyəti ilə fərqlənir.
Silah modulu, ən son Rheinmetall RCWS (Remote-Controlled Weapon Station) uzaqdan idarə olunan silah stansiyası sistemləri tərkibində innovativ proqram modullarının kəsişən istifadəsi ilə asimmetrik təhdidlərə qarşı qorunma sinifi, əməliyyat qabiliyyəti və dinamik tuşlama sahəsindəki standartları təyin edir.
Əsas texniki göstəriciləri: hündürlüyü – ≈ 610 mm, uzunluğu – ≈ 1100 mm, eni – ≈ 1100 mm, kütləsi (boş, Flex-Eye®-Sensor daxil olmaqla) – ≈ 78 kq, kütləsi (boş, silah daxil) – ≈ 89 kq, kütləsi (ümumi, silah/250 patron daxil olmaqla) – ≈ 100 kq, azimut üzrə tuşlama bucağı – 360°, qalxma bucaqları – -15° ilə +85° arasında, maksimal bucaq sürəti – 120°/san, maksimal bucaq təcili – ≥120°/san².
Əhəd Əzizov