RIPSAW M5 robotunun silahla ilk atışı yerinə yetirilib

RIPSAW M5 robotunun silahla ilk atışı yerinə yetirilib

ABŞ Ordusu artıq robotları döyüş meydanına buraxmağa hazırlaşır.

“Poliqon” xəbər verir ki, ABŞ Ordusunun mətbuat xidməti qəbul edilmiş RCV-M (Robotic Combat Vehicle-Medium) proqramı çərçivəsində yaradılan döyüş maşınının ilk atəş sınaqlarının keçirildiyini açıqlayıb.

Sınaqlar zamanı hərbiçilər, RIPSAW M5 robotlaşdırılmış maşınında quraşdırılmış RT40 döyüş modulunun göstəricilərini yoxlayıblar. Döyüş modulunun silahları 30×173 mm-lik Northrop Grumman XM813 Bushmaster Mk 44 topundan və 7,62×51 mm-lik M240 pulemyotundan ibarətdir.

Sınaq atışları zamanı robot hər iki silahdan atəş açıb. İdarəetmə təkmilləşdirilmiş “Bradley” zirehli maşına quraşdırılmış idarəetmə stansiyasından istifadə edərək uzaqdan yerinə yetirilib. Sınaqların müvəffəqiyyətli olduğu qeyd olunur.

Keçirilən sınaqlarda platformanın, topun və qüllənin dinamikasını izləmək üçün yüksək sürətli kameralardan istifadə edilib. Gözləntilərin qarşılanmasını təmin etmək üçün ümumi inteqrasiyanın dəqiqliyini və keyfiyyətini ölçmək məqsədi ilə məlumattoplama sistemləri də tətbiq edilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS